Bakı. Trend:
İran və ABŞ nümayəndə heyətləri bu gün İslamabadda danışıqların
iki raundunu aparıblar.
Trend-in məlumatına görə, bu barədə İranın Dövlət Televiziya və
Radio Şirkəti xəbər verib.
Məlumata əsasən, üçüncüsü isə axşam daha gec vaxta
planlaşdırılıb..
Qeyd edək ki, bu gün İslamabadda Pakistanın vasitəçiliyi ilə ABŞ
və İran arasında müzakirələr başlanıb. Müzakirələrdə İran heyətinə
parlamentin sədri Məhəmməd Baqir Qalibaf və ABŞ heyətinə
vitse-prezidenti Ceyms Devid Vens başçılıq edir.
Qeyd edək ki, ABŞ, İsrail və İran arasında müharibə 41 gün davam
edib. Müharibə ilə əlaqədar Pakistanın vasitəçiliyi ilə tərəflər
arasında iki həftəlik atəşkəs elan olunub.

