Estoniya İrəvanda səfirlik açıb

Baş səhifə
Estoniya İrəvanda səfirlik açıb

Estoniya Ermənistanda səfirlik açıb.

Bu barədə “Report” Estoniya XİN-in “X” hesabındakı paylaşımına istinadən xəbər verir.

“Ermənistanda Estoniya səfirliyinin açılması iki ölkə arasında münasibətlərdə etibarın, sadiqliyin və yeni səhifənin simvoluna çevrilib”, – məlumatda bildirilib.

Daha əvvəl Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna ölkəsinin 2026-cı ildə Azərbaycan da daxil olmaqla beş ölkədə səfirlik açmağı planlaşdırdığını bəyan etmişdi.