
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran gəmilərin Hörmüz boğazından keçməsini kifayət qədər təmin etmir.
“Report”un məlumatına görə, o, bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.
“İran Hörmüz boğazından neft tədarükünün təmin edilməsində çox pis, bəzilərinin dediyi kimi, dəhşətli iş görür. Bizim əldə etdiyimiz razılaşma bu deyil”, – Tramp qeyd edib.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


