Avropa Liqası: İngiltərə klubları səfərdən uğurlu nəticə ilə qayıdır

Baş səhifə

Bakı. Trend:

UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk matçlarına
yekun vurulub.

Trend-in
məlumatına görə, son oyun günündə 3 qarşılaşma baş tutub.

İngiltərə təmsilçilərindən “Aston Villa” İtaliyada “Bolonya”ya
3:1 hesabı ilə qalib gəlib, “Nottingem Forest” Portuqaliyada
“Portu” ilə heç-heçə edib – 1:1.




Almaniya “Frayburq”u isə öz meydanında İspaniyanın “Selta”
komandasını 3 cavabsız qolla üstələyib.

Bu raundun açılış matçında Portuqaliya “Braqa”sı evdə
İspaniyanın “Real Betis” kollektivi ilə bərabərə qalıb – 1:1.

Qeyd edək ki, 1/4 final mərhələsinin cavab oyunları aprelin
16-da keçiriləcək.