İranın hücumları Səudiyyə Ərəbistanının neft hasilatını azaldıb

Baş səhifə

Bakı. Trend:

İranın Səudiyyə Ərəbistanının enerji obyektlərinə hücumları
krallığın istehsal gücünü gündə 600 min barel azaldıb.

Trend-in
məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanı Energetika Nazirliyi
bildirib.




“İranın son hücumları istehsal gücünü gündə 600 min barel
azaldıb”, – deyə nazirlik rəsmisi bildirib.

O əlavə edib ki, “krallıqdakı bir neçə enerji obyektində
əməliyyatlar dayandırılıb” və “[İranın] hücumları davam edərsə, bu,
təchizat çatışmazlığına və istehsalın bərpasında ciddi gecikməyə
səbəb olacaq”.