Livana zərbələr nəticəsində ölənlərin sayı 300-ü keçdi

Baş səhifə

İsrailin Livana endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 303 nəfərə çatıb, 1150-dən çox insan yaralanıb.

Modern.az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, axtarış-xilasetmə işləri davam edir və ölənlərin sayının artacağı istisna olunmur.

Məlumata görə, aprelin 8-də İsrail ordusu Livanda “Hizbullah” infrastrukturuna qarşı fevraldan bəri ən böyük hücumu həyata keçirib.