ABŞ gələn həftə İsraillə Livan arasında görüş keçirməyi planlaşdırır

Baş səhifə

Bakı. Trend:

ABŞ Dövlət Departamenti gələn həftə İsrail və Livan
nümayəndələri arasında mümkün atəşkəsi müzakirə etmək üçün görüş
keçirməyi planlaşdırır.

Trend-in
məlumatına görə, bu barədə “Reuters” ABŞ Dövlət Departamentindəki
mənbəyə istinadla məlumat yayıb.




Daha əvvəl İsrailin Baş naziri Benjamin Netanyahu Livanla
birbaşa danışıqlara başlanılması barədə göstəriş verdiyini
açıqlamışdı. O, həmçinin Livandakı “Hizbullah” təşkilatının
tərksilah edilməsinin və münaqişənin “mümkün qədər tez” həll
olunmasının vacibliyini vurğulamışdı.

“Axios” portalının məlumatına görə, danışıqların gələn həftə
Vaşinqtonda baş tuta biləcəyi gözlənilir.