Azərbaycan və Türkiyə maliyyə məhsullarının inkişafını müzakirə ediblər

Baş səhifə

Bakı. Trend:

Azərbaycan və Türkiyə arasında maliyyə məhsullarının inkişafı və
xəzinədarlıq əməliyyatları ilə bağlı müzakirələr aparılıb.

Trend bu
barədə Bakı Fond Birjasına (BFB) istinadən xəbər verir.

Belə ki, Bakı Fond Birjasıda (BFB) Türkiyə Respublikasının
Prezident Administrasiyasının İnvestisiya və Maliyyə Ofisinin
təşkilatçılığı ilə Türkiyənin aparıcı maliyyə institutları və
texnologiya şirkətlərinin nümayəndə heyəti qonaq olub.




Məlumata görə, görüşdə “Golden Global Investment Bank Inc.”, “Kuveyt Türk Portföy”, “Katılım Emeklilik Hayat A.Ş.”, “Türkiye
Katılım Sigorta” və “TriO Blockchain Labs” nümayəndələri iştirak
ediblər.

“Müzakirələr zamanı maliyyə məhsullarının inkişafı və
xəzinədarlıq əməliyyatları, texnologiya və rəqəmsal infrastrukturun
qurulması, sukuk bazarı, eləcə də portfel idarəçiliyi və
investisiya xidmətləri üzrə fikir mübadiləsi aparılıb. Bu görüş
regional kapital bazarları arasında tərəfdaşlığın gücləndirilməsi,
yeni maliyyə alətlərinin inkişafı və innovativ həllərin tətbiqi
baxımından mühüm əhəmiyyət daşıyır”, – məlumatda qeyd edilib.