ADY-dən qatarların hərəkəti ilə bağlı açıqlama

Baş səhifə

Bakı.Trend:

Qeyri-sabit hava şəraitinə baxmayaraq, ölkə ərazisində
qatarların hərəkəti davam etdirilir.

Bu barədə Trend
“Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Qurumdan bildirilib ki, hazırda qatarlar qrafik üzrə hərəkət
edir.

“Bununla belə, təhlükəsizliyin təmin edilməsi məqsədilə bəzi
sahələrdə sürət həddinin endirilməs tətbiq olunur. Bu səbəbdən
qrafikdən qismən kənara çıxma halları mümkündür”.

xxx




08:29

Xırdalandan Bakı istiqamətində hərəkət edən qatarlarda gecikmə
müşahidə olunur.

Bu barədə Trend
sərnişinlər məlumat veriblər.

Bildirilib ki, qatar 15 dəqiqədən artıqdır gecikir.