Hörmüz boğazından neft tankerlərinin sayı 90% azalıb

Baş səhifə

Bakı. Trend:

Fars körfəzində silahlı münaqişənin başlamasından bəri Hörmüz
boğazından keçən neft tankerlərinin sayı ən azı 90% azalıb.

Trend xəbər verir
ki, bunu Bəhreyn xarici işlər naziri Əbdül Lətif bin Rəşid
əl-Zəyani bildirib.




Nazirin sözlərinə görə, “bu ilin 28 fevralından bəri Hörmüz
boğazından keçən tankerlərin hərəkəti 90%-dən çox azalıb. Hörmüz
boğazındakı mövcud vəziyyət beynəlxalq hüquq prinsiplərinə, qlobal
sabitliyə və ərzaq təhlükəsizliyinə real təhlükə yaradır”.