Bakı. Trend:
Qazaxıstanın Karaqanda vilayətinin Karkarali rayonunda, Besoba
kəndindən 15 km aralıda avtobus aşıb.
Trend xəbər verir
ki, bu barədə Qazaxıstan Respublikası Fövqəladə Hallar Nazirliyi
məlumat yayıb.
Hadisə zamanı avtobusda 50 nəfər olub. Təcili yardım xidmətləri
dərhal hadisə yerinə gəlib və yaralılara yardım göstərməyə
başlayıb.
Fövqəladə Hallar Nazirliyinin “Kazaviaspas” təyyarəsi üç
yaralını Karaqandadakı tibb müəssisələrinə aparıb. Nazirliyin
avtomobili və Fəlakət Tibbi Mərkəzinin paramediklərinin müşayiəti
ilə 30 nəfər Botakara kəndindəki xəstəxanaya çatdırılıb.
Yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir.
Hadisə Fövqəladə Hallar Nazirliyinin nəzarəti altındadır.

