İlon Mask tarixdə ilk trilyoner olub

Baş səhifə

Bakı. Trend:

Amerikalı sahibkar İlon Mask SpaceX şirkətinin səhmlərinin IPO
vasitəsilə yerləşdirilməsi sayəsində tarixdə ilk trilyoner
olub.

Bu barədə “Reuters” agentliyi xəbər verib.




Məlumata əsasən, şirkət daha əvvəl IPO çərçivəsində rekord
həcmdə – 75 milyard dollar cəlb edəcəyini bildirib.

ABŞ-nin “SpaceX” şirkəti iyunun 11-də keçiriləcək birja
yerləşdirməsi ərəfəsində səhmlərinin sayını və qiymətini açıqlayıb.
Şirkət hər biri 135 dollar olmaqla 555 555 555 səhm
yerləşdirib.