
Bakı. Trend:
Futbol üzrə 2026-cı il dünya çempionatı start götürüb.
Mundial A qrupunda Meksika və Cənubi Afrika Respublikası (CAR)
yığmaları arasında keçirilən açılış oyunu ilə başlayıb. Paytaxt
Mexiko şəhərində yerləşən “Asteka” stadionunda təşkil olunan
qarşılaşmanı braziliyalı FIFA referisi Vilton Sampayo idarə
edir.
Bu qrupun digər matçı olan Cənubi Koreya-Çexiya görüşü iyunun
12-si Bakı vaxtı ilə səhər saat 06:00-da keçiriləcək.
Qeyd edək ki, dünya çempionatına iyulun 19-da yekun vurulacaq.
ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi mundialda ilk dəfə 48
komanda mübarizə aparır.

