
Tarixdə ilk dəfə üç ölkənin – ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatı start götürüb.
Modern.az xəbər verir ki, mundialın açılış matçı A qrupunda Meksika və Cənubi Afrika Respublikası yığmaları arasında baş tutub.
Paytaxt Mexikodakı “Asteka” stadionunda təşkil olunan qarşılaşma ev sahibi komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Xulian Kinonyes və Raul Ximenes vurublar.
Afrika təmsilçisi görüşü 9 nəfərlə başa vurub. Əvvəlcə Yaya Sitole, daha sonra Temba Zvane qırmızı vərəqə alaraq meydanı tərk ediblər. Meksika millisinin heyətində isə Sesar Montes meydandan qovulub.
Qeyd edək ki, bu qrupun digər oyununda Cənubi Koreya millisi Çexiyanı sınağa çəkəcək. Həmin görüş Bakı vaxtı ilə saat 06:00-da başlayacaq.
Dünya çempionatına iyulun 19-da yekun vurulacaq.
***
Saat 00:36
Futbol üzrə dünya çempionatında Meksika və Cənubi Afrika Respublikası (CAR) yığmaları arasında keçirilən A qrupunun görüşündə ikinci qol vurulub.
Modern.az xəbər verir ki, paytaxt Mexikodakı “Mexiko Siti” stadionunda keçirilən matçda ev sahibləri hesab arasındakı fərqi artırıblar – 2:0.
67-ci dəqiqədə Raul Ximenez fərqlənib.
***
11.06.2026
Meksikada futbol üzrə DÇ-2026-nın ilk qolu vurulub.
Modern.az xəbər verir ki, Meksika – Cənubi Afrika (CAR) qarşılaşmasında meydan sahibləri hesabı açıblar.
Mexikodakı “Mexiko Siti” stadionundakı matçın 9-cu dəqiqəsində Yuilan Quinones fərqlənib.
Qarşılaşmanı braziliyalı FIFA referisi Vilton Sampayo idarə edir.

