Əfqan Sadıqov Gürcüstanda saxlanıldı – deportasiya olunur

Baş səhifə

Bakı. Trend:

Azərbaycan vətəndaşı Əfqan Sadıqov Gürcüstanda saxlanılıb.

Trend-in
məlumatına görə, bu barədə Gürücüstan Daxili İşlər Nazirliyi xəbər
verib.

Məlumata əsasən, ona qarşı qarşı sosial mediada polis əməkdaşını
təhqir etdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsi
ilə cinayət işi açılıb.




Tbilisi Şəhər Məhkəməsi Əfqan Sadıqovu Gürcüstanın İnzibati
Xətalar Məcəlləsinin 173-cü maddəsi üzrə — sosial şəbəkədə polis
əməkdaşını təhqir etməkdə təqsirli bilib.

Məhkəmənin qərarına əsasən, Əfqan Sadıqov 2 min lari məbləğində
cərimələnib, ölkədən deportasiya olunub və ona 3 il müddətinə
Gürcüstana giriş qadağası tətbiq edilib.

Gürücüstan Daxili İşlər Nazirliyi bildirib ki, Əfqan Sadıqov
bundan əvvəl də müxtəlif inzibati xətalara, o cümlədən aksiya və
nümayişlərin keçirilməsi qaydalarını pozduğuna görə 62 dəfə
məsuliyyətə cəlb olunub, həmçinin iki dəfə inzibati həbs cəzası
alıb.