Bakı. Trend:
Hindistanın şimalında yerləşən Himaçal-Pradeş ştatında sərnişin
avtobusu dərəyə yuvarlanıb, nəticədə ölənlər var.
Trend xəbər verir ki, bu
barədə “Reuters” yerli mediaya istinadən məlumat yayıb.
Bildirilir ki, qəza zamanı avtobusda ikisi uşaq olmaqla 22 nəfər
sərnişin olub.
Rəsmilərin məlumatına görə, həyatını itirənlər arasında iki kişi
və iki qadın var, 18 nəfər isə xilas edilərək müalicəyə cəlb
olunub.

