
Bakı. Trend:
Nijnekamsk şəhərinin meri Radmir Belyayev “Nijnekamskneftxim” (
SİBUR” şirkətinə daxildir) neft-kimya zavodunda baş vermiş qəza və
insanların həlak olması ilə əlaqədar Nijnekamskda üç günlük matəm
elan edib.
Trend bu barədə
Rusiya KİV-ə istinadən xəbər verir.
Hadisə ilə əlaqədar bütün əyləncə və kütləvi tədbirlər ləğv
olunub. Müəssisə binalarında dövlət bayraqları yarıya
endiriləcək.
Xatırladaq ki, martın 31-də “Nijnekamskneftxim” neft-kimya
zavodunda partlayış, ardınca isə güclü yanğın baş verib. Üç nəfər,
o cümlədən bir yanğınsöndürən həlak olub, 72 nəfər xəsarət alıb,
onlardan 21-i xəstəxanaya yerləşdirilib.
“”Nijnekamskneftxim”in sintetik kauçuk istehsalı müəssisəsində
avadanlığın hermetikliyinin pozulmasının nəticələrinin aradan
qaldırılması işləri zamanı hələlik müəyyən edilməmiş mənbədən qaz
qarışığının alovlanması və bunun ardınca partlayış baş verib”, –
deyə şirkət bildirib.
Hadisə ilə əlaqədar Rusiya Cinayət Məcəlləsinin 217-ci maddəsi
(təhlükəli istehsalat obyektlərində sənaye təhlükəsizliyi
tələblərinin pozulması) üzrə istintaq başlanılıb.

