
Bakı. Trend:
Bakı–Sumqayıt yolunun “20 Yanvar” metrostansiyası yaxınlığında
yerləşən tuneldə yanğın baş verib.
FHN-dən Trend-ə
verilən məlumata görə, səhər saatlarında 3-cü mikrorayon ərazisində
“Mazda” markalı avtomobil tuneldə yanıb.
Yanğınla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Hadisə
yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və yanğınsöndürənlər
cəlb olunub. Yanğın söndürülüb.

