İsrail ordusu İordan çayının Qərb sahilində hərbi təlimlər keçirəcək

Baş səhifə

Bakı. Trend:

İsrail Müdafiə Qüvvələri çərşənbə axşamı günü Yəhudeya və
Samariyada (İordan çayının Qərb sahili) hərbi təlimlərə
başlayacaq.

Trend-in
məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti
bildirib.




“Təlimin çərçivəsində ərazidə təhlükəsizlik qüvvələrinin aktiv
hərəkəti baş tutacaq”, – deyə qeyd edilib.

Eyni zamanda, İsrail hərbi qulluqçularının “yaşayış
məntəqələrinə girməyi planlaşdırmadığı” bildirilib.