Fransalı ulduzun “Fənərbağça”ya keçidi üçün şərt olub

Baş səhifə

Bakı. Trend:

Türkiyənin “Fənərbağça” futbol klubunun qış transfer
pəncərəsində heyətinə qatdığı dünyaşöhrətli yarımmüdafiəçi N’Qolo
Kantenin müqaviləsinin bəzi maraqlı detalları məlum olub.

Trend Türkiyə
mətbuatına istinadla xəbər verir ki, fransalı futbolçunun
“Fənərbağça” ilə müqaviləyə imza atmasının pərdəarxası məqamları
idman mediasında geniş əks-səda doğurub.




Kantenin müqaviləsində özünəməxsus xüsusi maddə yer alıb.
Məlumata görə, təcrübəli oyunçu öz adına olan formaların satışından
xüsusi pay alır. “Sarı-lacivərdlilər”in rəhbərliyi transfer
danışıqları zamanı ulduz futbolçunu məhz bu iqtisadi təkliflə razı
sala bilib.

“Fənərbağça” Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubundan
transfer etdiyi Kante üçün kifayət qədər böyük vəsait xərcləyib.
Klubun İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) verdiyi
rəsmi açıqlamaya görə, futbolçuya 14,4 milyon avro (28 milyon AZN)
imza pulu ödənilib. Bundan əlavə, Kante yarım mövsüm üçün 5,5
milyon avro (11 milyon AZN), növbəti mövsümlər üçün isə illik 11
milyon avro (22 milyon AZN) maaş alacaq.