Tofiq Musayev UFC-də qazandığı ilk qələbəni şərh edib

Baş səhifə
Tofiq Musayev UFC-də qazandığı ilk qələbəni şərh edib

Tofiq Musayev ABŞ-nin Sietl şəhərində milli İqnasio Bahamondesi məğlub edərək UFC-də qazandığı ilk qələbəni şərh edib.

“Report” xəbər verir ki, 36 yaşlı idmançı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Sənə inanmadıqları zaman sən əksini sübut edirsən”, – o vurğulayıb.

Qeyd edək ki, Tofiq Musayev 3 raundun sonunda İqnasio Bahamondes üzərində hakimlərin yekdil qərarı ilə qələbə qazanıb. Bu onun UFC-də keçirdiyi ikinci döyüşündə ilk qələbəsi olub.