Bakı. Trend:
Yaponiya Hərbi Dəniz Qüvvələrində və Ordusunda xüsusi
informasiya müharibəsi bölmələri yaradılıb.
Trend-in məlumatına görə, bu barədə “Kyodo” agentliyi xəbər
verib.
Məlumata əsasən, bu bölmələr kibertəhlükəsizlik məsələləri ilə
məşğul olacaq və yalan məlumatların yayılmasına qarşı mübarizə
aparacaqlar.
Təkcə Hərbi Dəniz Qüvvələrində belə bir bölmənin sayı 3,2 min
nəfər olacaq.
Bildirilib ki, paralel olaraq, Yaponiya Milli Kəşfiyyat
Agentliyinin tərkibində sosial mediada dezinformasiya ilə mübarizə
aparmaq üçün xüsusi bir şöbə yaradılacaq və bu, yayda fəaliyyətə
başlayacaq. O, ilk növbədə xarici qüvvələrin ölkədə ictimai rəy
formalaşdırmaq və seçkilərin nəticəsinə təsir göstərmək cəhdlərinin
qarşısını almalıdır.

