Kəlbəcər rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Qərb bürosunun məlumatına görə, yük avtomobilinin idarəetmədən çıxaraq yol kənarına aşması nəticəsində üç nəfər ölüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hazırda fakt araşdırılır və yol qəzasında dünyasını dəyişənlərin kimliyi dəqiqləşdirilir.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

