Prezident İlham Əliyev ölkəsini tamamilə yeni istiqamətə yönəldib – Uitkoff (VİDEO)

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin Yaxın Şərq üzrə xüsusi elçisi Stiven Uitkoff Mayamidə
keçirilən “FII PRIORITY 2026” investisiya forumunda Azərbaycanın
Prezidenti İlham Əliyev haqqında danışıb.

Trend-in
məlumatına görə, Uitkoff bildirib ki, dünyada bir çox böyük
liderlik nümunəsi var və bir çox gənc liderlər dünya üçün ümid
mənbəyi ola bilər.

O əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp onların hamısı ilə
yaxın münasibətdədir.

“Məsələn, Azərbaycanın Prezidenti İlham Əliyevə baxın – o,
ölkəsini tamamilə yeni istiqamətə yönəldib. Mən düşünürəm ki, Sülh
Şurası həqiqətən də eyni baxışları paylaşan bir çox insanı
birləşdirir”, – Uitkoff Mayamidə keçirilən investisiya forumunda
bildirib.