ABŞ-nin İranla danışıqları davam edir – Ağ Ev

Baş səhifə

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp İranla sülhə üstünlük verir, lakin
hərbi əməliyyatları davam etdirməyə hazırdır.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi
Kerolayn Livitt brifinq zamanı deyib.




“Prezident həmişə sülhə üstünlük verir, daha çox insan itkisinə
və dağıntıya ehtiyac yoxdur. Amma İran mövcud reallığı qəbul
etməsə, əziyyət çəkdiklərini və hərbi məğlubiyyətə uğramağa davam
etdiklərini anlamasa, Prezident Tramp əvvəlkindən daha çox zərbə
alacaqlarına nail olacaq”, – deyə o bildirib.