Alkis Drakinos: Azərbaycan regional dialoqun ayrılmaz hissəsinə çevrilib

Baş səhifə
Alkis Drakinos: Azərbaycan regional dialoqun ayrılmaz hissəsinə çevrilib

Azərbaycan Mərkəzi Asiya ölkələri arasında regional dialoqun və koordinasiyanın ayrılmaz hissəsinə çevrilib.

“Report” xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Qafqaz üzrə regional direktoru Alkis Drakinos XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən paneldə bildirib.

Onun sözlərinə görə, son illərdə Mərkəzi Asiyada regional əməkdaşlığın nəzərəçarpacaq dərəcədə güclənməsi müşahidə olunur: “Əgər bir neçə il əvvəl region ölkələri bir-biri ilə, demək olar ki, qarşılıqlı əlaqədə deyildilərsə, islahatlar və siyasətdəki dəyişikliklər sayəsində bu gün onların arasında fəal dialoq və tərəfdaşlıq inkişaf edir”.

Məlumat yenilənir