ABŞ-da Çin restoranında iğtişaş törədən şəxs saxlanılıb

Baş səhifə

Bakı. Trend:

ABŞ-də polis Çin restoranına girərək iğtişaş törədən bir kişini
saxlayıb.

Trend xəbər verir
ki, bu barədə “Us Weekly” məlumat yayıb.

Hadisə Florida ştatının Orlando şəhərində yerləşən “Pearl’s
Chinese” restoranında baş verib. Bildirilib ki, 43 yaşlı Riçard
Jarvis əvvəlcə restorana arxa qapıdan daxil olmağa çalışıb, içəridə
olanları öldürməklə hədələyib, daha sonra isə ön girişdən içəri
girərək birbaşa mətbəxə yollanıb.




Orada o, kürəklə bəzi avadanlıqları sındırıb və yeməkləri
yararsız hala salıb. Restoran sahibi iğtişaş törədən şəxsi
dayandırmağa çalışsa da, kişi qaçmağa cəhd edərək onu kürəklə
vurmaqla hədələyib.

Saxlanılan şəxs hərəkətlərini bəşəriyyət üçün narahatlıqla izah
edib. Onun sözlərinə görə, bütün Çin restoranlarının iyulun 6-da
yeni COVID-19 ştammını yaymağı planlaşdırdığına inanıb və guya
bunun qarşısını almağa çalışıb.