Bakı. Trend:
Vaşinqton rəsmiləri bəzi məhdudiyyətlərin yumşaldılmasına
baxmayaraq, Moskva ilə bağlı sanksiya siyasətindən geri çəkilmək
niyyətində olmadıqlarını bildirirlər.
Trend xəbər verir ki, bu
barədə ABŞ-nin energetika naziri Kris Rayt “CNN News” telekanalına
müsahibəsində danışıb.
Nazir eyni zamanda vurğulayıb ki, ABŞ İranın enerji sahəsinə
zərbə endirməyi nəzərdə tutmur.
“İranın neft və qaz sənayesinə, eləcə də enerji sektorunun digər
obyektlərinə qarşı hər hansı zərbə planlaşdırılmır”, – deyə o
bildirib.
Rayt əlavə edib ki, Hörmüz boğazında gəmiçilik hərəkətinin yaxın
zamanda yenidən normal məcraya düşəcəyinə inanır.

