İsrail ordusu İrandan yeni raket atışlarının qeydə alındığını açıqlayıb

Baş səhifə

Bakı. Trend:

İsrail Müdafiə Qüvvələri (İDF) İrandan yeni raket
buraxılışlarının qeydə alındığını bildirib.

Trend xəbər verir
ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.




Məlumata görə, günün əvvəlindən bəri ilk dəfə olaraq ölkənin
mərkəzi hissəsinə zərbə endirilib və bir çox ərazidə hava hücumu
xəbərdarlığı elan olunub.

Təl-Əviv ərazisində, o cümlədən ətraf bölgələrdə sirena səsləri
eşidilib. Siqnal verildikdən qısa müddət sonra partlayışın baş
verdiyi bildirilib.