Bakı.Trend:
Yasamalda piyada keçidində velosiped idarə edən şəxsi maşın
vurub.
Trend-in
məlumatına görə, hadisə dünən saat 01:50 radələrində Yasamal rayonu
Şərifzadə küçəsində baş verib.
Belə ki, 2000-ci il təvəllüdlü Elnur Ağayev “BYD” markalı
avtomobil ilə hərəkətdə olarkən piyada keçidi üzərində velosiped
idarə edən 1975-ci il təvəllüdlü Natiq Vahabovu vurub.
Hadisə nəticəsində velosiped sürücüsü ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır

