İrandan Azərbaycan vasitəsilə təxliyə olunan şəxslər üçün xüsusi avtobuslar səfərbər edilib.
“Report”un Cənub bürosu xəbər verir ki, fevralın 28-dən bu ana qədər Azərbaycan və digər ölkələrin vətəndaşlarını 7 avtobusla təxliyə edərək Bakıya çatdırıblar.
Daha bir avtobus bir müddət əvvəl “Astara” sərhəd-keçid məntəqəsindən Bakıya doğru istiqamət götürüb.
Məlumata görə, məntəqə ərazisində daha beş avtobus müvafiq zolaqda gözləyir.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

