İsrailin Livana endirdiyi hava zərbələri nəticəsində azı 31 nəfər ölüb.
“Report” AP-yə istinadən xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Qurumun məlumatına görə, zərbələr nəticəsində 149 nəfər də yaralanıb.
Qeyd olunub ki, həlak olanların təxminən üçdə ikisi Livanın cənubundadır.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin

