ABŞ Suriyanın terrorizmi dəstəkləyən dövlətlər siyahısından çıxarılması prosesinə başlayıb – Rubio

Baş səhifə

Bakı. Trend:

Vaşinqton administrasiyası Suriyanın ABŞ-ın terrorizmi
dəstəkləyən dövlətlər siyahısından çıxarılması prosesinə
başlayıb.

Bu barədə ABŞ dövlət katibi Marko Rubionun yazılı açıqlamasında
bildirilib.




O qeyd edib ki, ABŞ prezidenti Donald Tramp “Suriyanı
terrorizmin dövlət sponsorları siyahısından çıxarmaq niyyəti barədə
Konqresi məlumatlandırıb”. Bunun ABŞ qanunvericilərinin
administrasiya tərəfindən təqdim edilən məlumatlara əsaslanaraq 45
günlük araşdırmasından sonra baş verəcəyi gözlənilir.

Onlar belə bir addım üçün əsasın kifayət olub-olmadığını
qiymətləndirəcəklər. Rubio əlavə edib ki, “Suriyaya qarşı
sanksiyaların ləğvi beynəlxalq ticarət və investisiya üçün imkanlar
açacaq”.