İran Ordusunun komandanı general-leytenant Əmir Hatəmi İslam Respublikası quruluşunun qorunması üçün müdafiənin gücləndirildiyini açıqlayıb.
“Report” xəbər verir ki, iranlı general bunu SNN TV-yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, İranın Silahlı Qüvvələri ABŞ-nin bölgədəki bazalarını darmadağın edib. “Bütün bunlar əvvəlcədən hazırlanmış və təlim edilmiş planlara uyğundur”, – Hatəmi vurğulayıb. O, əlavə edib ki, ABŞ və İsrail xalq arasında iğtişaş yaratmağı planlaşdırıb.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

