
Bakı. Trend:
Cari ilin yanvar ayının sonunda Azərbaycanda pul kütləsinin
geniş mənada (M3 aqreqatı) həcmi 48,186 milyard manat təşkil
edib.
Trend Azərbaycanın
Mərkəzi Bankına istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrü
ilə müqayisədə bu 2,611 milyard manat və ya 5,8 faiz çoxdur.
Bundan əlavə, 2026-cı ilin yanvar ayının sonuna manatla pul
kütləsinin həcmi (M2 aqreqatı) 38,309 milyard manat təşkil edib ki,
bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,557 milyard manat
və ya 10,2% çoxdur.
Hesabat dövründə M1 pul aqreqatının göstəricisi 29,859 milyard
manat olub. Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,229
milyard manat və ya 8,1% çoxdur.
Qeyd edək ki, cari ilin yanvar ayının sonuna olan vəziyyətə
görə, Azərbaycanda fəaliyyət göstərən bankların məcmu aktivləri
56,936 milyard manat təşkil edib.
2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici 3,845
milyard manat və ya 7,2 faiz çoxdur.
Hesabat dövründə bankların məcmu öhdəlikləri 49,529 milyard
manat, balans kapitalı isə 7,407 milyard manat olub.
Beləliklə, 2026-cı ilin yanvar ayında bankların məcmu
öhdəlikləri 6,7 faiz, balans kapitalı isə 10,7 faiz artıb.

