
Bakı. Trend:
Norveçin 89 yaşlı monarxı V Harald fevralın 24-də İspaniyanın
Tenerife adasında infeksiya və susuzlaşma səbəbindən xəstəxanaya
yerləşdirilib.
Trend-in
məlumatına görə, bu barədə sarayın açıqlamasında bildirilib.
“Əlahəzrət Kral bu axşam Tenerifedəki “Hospital Universitario
Hospiten Sur” xəstəxanasına aparılıb. Kral infeksiya və
susuzlaşmadan müalicə olunur və, məlumatlara görə, vəziyyətinin
yaxşı olaraq qiymətləndirilir”, – deyə qeyd olunub.
Bildirilib ki, monarxın şəxsi həkimi artıq onun müalicəsinə
kömək etmək üçün İspaniya adasına yola düşüb. Kral ailəsi qış
tətilini Tenerifedə keçirir.

