
Bakı. Trend:
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
yanında İctimai Şura 2026-cı il üçün prioritet istiqamətlərİ
müəyyən edib.
Trend xəbər
verir ki, istiqamətlər Şuranın 2026-cı ildə keçirilən ilk geniş
tərkibli iclasında təyin olunub. Müzakirələr zamanı 2026-cı il üçün
aşağıdakı prioritet istiqamətlər müəyyən edilib:
– Şura üzvlərinin həm müvəqqəti məskunlaşma yerlərində, həm də
artıq bərpa edilmiş ərazilərdə sakinlərlə mütəmadi görüşlərinin
keçirilməsi;
– Prosesin şəffaflığını təmin etmək məqsədilə müasir
informasiya-kommunikasiya vasitələrindən və innovativ
platformalardan geniş istifadə edilməsi;
– Qayıdan əhalinin iqtisadi fəallığının artırılması və sosial
adaptasiyası üçün təkliflərin hazırlanması.
İclasda İctimai Şuranın sədri Anar Xəlilov ötən il seçilmiş
tərkibdə görülən işlərin nəticələri, Böyük Qayıdışın səmərəli
təşkilində Şuranın iştirakı və qarşıda duran vəzifələr haqqında
məlumat verib.
İclasda iştirak edən Dövlət Komitəsinin sədri Rövşən Rzayev
bildirib ki, ictimaiyyət nümayəndələrinin rəy və təklifləri dövlət
qurumları tərəfindən yüksək qiymətləndirilir və qərarların qəbulu
zamanı nəzərə alınır. Komitə sədri Şura üzvlərinin rəy və
təkliflərini dinləyib, onların suallarını cavablandırıb.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi
prosesi 2026-cı ildə özünün ən dinamik mərhələsinə qədəm qoyub. “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində həyata
keçirilən genişmiqyaslı tədbirlər nəticəsində artıq on minlərlə
soydaşımız öz ata-baba yurdlarında daimi məskunlaşdırılması təmin
edilib.

