Qazaxıstanda partlayış olub, üç nəfər yaralanıb

Baş səhifə
Qazaxıstanda partlayış olub, üç nəfər yaralanıb

Qazaxıstanın Jetısu vilayətinin Qarabulaq kəndindəki ərzaq mağazasında partlayış olub.

“Report” Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə regionun Fövqəladə Hallar Departamenti məlumat yayıb.

“Mağazada partlayış olub, lakin yanğın baş verməyib. Nəticədə divarın və damın bir hissəsi uçub”, – xilasetmə xidmətləri bildirib.

Hadisə nəticəsində yaralanan üç nəfər xəstəxanaya çatdırılıblar.

Partlayış yerinə Fövqəladə Hallar Departamentinin 27 əməkdaşı və altı texnikası cəlb edilib.