Bakı. Trend:
Ciddi yanacaq böhranı olan Kubanın paytaxtındakı neft emalı
zavodunda yanğın baş verib.
Trend xəbər verir ki, Niko
Lopez neft emalı zavodunda yayılan tüstü şəhərin uzaq
məhəllələrindən də görünüb. Lakin tüstünün intensivliyi qısa müddət
sonra azalıb. Enerji Nazirliyi yanğının qısa müddətdə nəzarət
altına alındığını bildirib. Yanğının müəssisənin işinə təsiri
barədə məlumat verilmir.

