Lökbatanda yaşayış binasında yanğın baş verdi

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən yaşayış
binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Trend xəbər verir
ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından
Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli
yaşayış binasının 3-cü mərtəbəsində pilləkən qəfəsində
quraşdırılmış elektrik sayğaclarında baş vermiş yanğın
genişlənməsinə, o cümlədən mənzillərə yayılmasına imkan verilmədən
qısa müddətdə söndürülüb.




Yanğın nəticəsində 10 ədəd elektrik sayğacı və qoruyucu açar
yanıb.

Yanğınsöndürənlər tərəfindən tüstünün təsirinə məruz qalmış
mənzillərdə köməksiz vəziyyətdə qalan 2-si azyaşlı olmaqla 3 nəfər
xilas edilib. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri
təxliyə olunub.

Mənzillər və yaşayış binası yanğından mühafizə edilib.