Dövlət Vergi Xidmətinin baş idarə rəisi vəzifəsindən azad edilib

Baş səhifə

Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsinin rəisi Mirzə Mirzəyev vəzifəsindən azad edilib.

APA-Economics” xəbər verir ki, o, 2024-cü ilin aprel ayından bu vəzifədə çalışıb.

Qeyd edək ki, M.Mirzəyev Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini vəzifəsinə təyin olunub.