Kamçıbek Taşiyev Qırğızıstanın Nazirlər Kabinetinin sədr müavini – Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri vəzifəsindən azad edilib.
“Report” xəbər verir ki, informasiyanı Qırğızıstan Prezidentinin Administrasiyası yayıb.
Məlumata görə, Cumqalbek Şabdanbekov Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədrinin səlahiyyətlərini icra edən şəxs təyin edilib. Onun namizədliyi Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə rəsmi təyinat üçün Joqorku Keneşin (parlament) müzakirəsinə təqdim olunacaq.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

