Liviyada hərbi helikopterin qəzası nəticəsində azı 5 nəfər həlak oldu

Baş səhifə

Bakı. Trend:

Liviyanın cənubunda yerləşən “Maaten əs-Sarra” hərbi bazası
yaxınlığında Liviya Hərbi Hava Qüvvələrinə məxsus helikopterin
qəzaya uğraması nəticəsində azı beş nəfər həlak olub.

Trend xəbər verir
ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, helikopter səhradan təcili tibbi təxliyə
məqsədilə humanitar missiya yerinə yetirirmiş.




Məlumata görə, həlak olanlar arasında Liviya hərbçiləri və tibbi
heyətlə yanaşı, tibbi təxliyə briqadasının tərkibində olan iki
əcnəbi hərbçi də var.

Hakimiyyət orqanları hadisənin səbəblərini araşdırmağa başlayıb.
İlkin ehtimallara əsasən, helikopterin qəzaya uğramasına texniki
nasazlıq səbəb olub.