UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Nyukasl” (İngiltərə) – “Qarabağ” matçını stadiondan izləmək və komandamızı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər iTicket.az saytında onlayn şəkildə satışdadır. Biletlərin qiyməti: 115 AZN. Vauçerləri ilkin olaraq iTicket.az-dan əldə edəcəksiniz. Oyun gününə qədər isə biletiniz sifariş zamanı göstərdiyiniz e-mail ünvanına iTicket.az-ın rəsmi e-maili vasitəsilə göndəriləcək. Azarkeşlərimiz üçün “ST James’ Park”da 2466 yer ayrılıb. Xahiş və tələb olunur ki, e-mail ünvanınızı düzgün yazdığınızdan əmin olun – biletlər yalnız göstərdiyiniz e-mail ünvanına göndəriləcək. Qeyd edək ki, “Nyukasl” – “Qarabağ” oyunu fevralın 24-ü Bakı vaxtı ilə 23:59-da, yerli vaxtla isə (ngiltərə) saat 20:00-da start götürəcək.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

