
Bakı. Trend:
İngiltərə Premyer Liqasının 25-ci turunda “Mançester Siti”
futbol klubu səfərdə “Liverpul”u 2-1 hesabı ilə məğlub edib.
Trend-in
məlumatına görə, görüş Liverpulda, “Enfild” stadionunda baş
tutub.
Qalib komandanın heyətində qollarə Bernardo Silva (84-cü dəqiqə)
və Erlinq Haaland (90+4, penalti) vurublar. “Liverpul”dan Dominik
Soboslayi (74) fərqlənib. Əlavə vaxtın 13-cü dəqiqəsində
D.Soboslayi qırmızı vərəqə alıb.

