Bakı. Trend:
Çinin şimalında yerləşən bir müəssisədə baş verən partlayış
nəticəsində səkkiz nəfər həlak olub.
Trend xəbər verir
ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə “Jiapeng” biotexnologiya şirkətinə məxsus
zavodun sexlərindən birində baş verib. Partlayışın səbəbləri
hələlik açıqlanmayıb.
Bildirilib ki, hadisə ilə əlaqədar şirkətin rəsmi nümayəndəsi
saxlanılıb. Faktla bağlı araşdırma aparmaq üçün istintaq qrupu
yaradılıb.

