İtaliyada bir sıra qatar qəzaları gecikmələrə səbəb oldu

Baş səhifə

Bakı. Trend:

İtaliyanın şimalında bir sıra qatar qəzaları baş verib və bu,
həm yüksəksürətli şəhərlərarası, həm də regional qatarlarda
gecikmələrə səbəb olub.

Trend xəbər verir
ki, EFE agentliyi məlumatı İtaliya dövlət dəmiryol şirkətinə
istinadən yayıb.




İlk hadisə səhər saatlarında Kastel-Maccore şəhəri yaxınlığında
baş verib və burada rabitə xətləri zədələnib. Daha sonra Bolonya
ilə Paduya arasındakı dəmiryol relslərində partlayıcı qurğu aşkar
edilib, Pezaro stansiyasının elektrik panelində isə yanğın baş
verib.

Hadisələrlə əlaqədar hökumət orqanları araşdırmalara başlayıb.
Qış Olimpiya Oyunlarının açılışı ilə üst-üstə düşə biləcək təxribat
aktları ehtimalı istisna edilmir.