Bakıda 10-cu sinif şagirdi müəllimi GÜLLƏLƏDİ – RƏSMİ AÇIQLAMA

Baş səhifə

Fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib.

Bu barədə Modern.az-ın sorğusuna cavab olar Daxili işlər Nazirliyindən məlumat verilib. 

O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib.

Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.

Faktla bağlı araşdırma aparılır.

***

10:28

Bakıda yerləşən İdrak Liseyində silahlı insident baş verib. 

Modern.az xəbər verir kiliseyin müəllimi 10-cu sinif şagirdi tərəfindən güllələnib. 

Güllələnən şəxs liseyin riyaziyyat müəllimi olub. Xəsarət yetirilən müəllim xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Valideynlər hazırda öz övladlarını liseydən götürürlər. (Mənbə Unikal.az)