
İranın ali dini rəhbəri Ayətullah Əli Xamenei artan gərginlik fonunda çox narahat olmalıdır.
“Report” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “NBC News” telekanalına verdiyi eksklüziv müsahibədə bildirib.
O, İrandakı nüvə obyektlərinə endirilən zərbələrin nəticələrini şərh edib və hesab edir ki, Tehran nüvə proqramını bərpa etməyə çalışır.
“Hazırda İranda tam dağıntıdır… Biz onların nüvə potensialını məhv etdik. Lakin mən Yaxın Şərqdə sülh istəyirəm. Əgər biz onların nüvə obyektlərinə hücum etməsəydik, ərəb ölkələri İrandan qorxmağa davam edərdilər”, – deyə Amerika lideri qeyd edib.
Bununla yanaşı, Tramp tərəflərin dialoqu davam etdirdiyini iddia edir: “Onlar (İran – red.) bizimlə danışıqlar aparırlar”.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


