Bakı. Trend:
Slovakiyanın qərbində yerləşən təhsil müəssisəsində bir şagird
pnevmatik tapançadan atəş açıb.
Trend bu barədə
Slovakiya KİV-ə istinadən xəbər verir.
Hadisə Novi-Mesto-nad-Vaqom şəhərində yerləşən, uşaq bağçasını,
ibtidai məktəbi və gimnaziyanı birləşdirən təhsil müəssisəsində baş
verib.
Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım
briqadaları cəlb olunub. İnsident nəticəsində 2 nəfərin xəsarət
aldığı bildirilir. Hadisənin təfərrüatları açıqlanmır.

